“Həmin dövrdən yaxşı xatirələrim qalıb” - MÜSAHİBƏ
13.08.2012 - 15:35
Azərbaycan yığmasının və “Omiçka” klubunun voleybolçusu Natalya Məmmədova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Rabitə” ilə dünya və Azərbaycan çempionluğu yaşayan hücumçu yeni komandasının hazırlıqlarına qoşulduqdan sonra iddialı açıqlamalar verib.
- Öncə “Omiçka”nın təklifini qəbul etməyinizin səbəbini açıqlayardınız...
- Niyə? Bunun səbəbi çox sadədir. Komandada çox güclü voleybolçular bir araya gəlib. Klubumuz ən çətin vəzifələrin belə öhdəsindən gəlməyə qadirdir. Buna əminəm.
- Yəqin ki, müəyyən şəxsi münasibətlərinizin də keçidinizə təsiri olub?
- Olqa Sajina, Natalya Fatayeva, Yelena Yuryeva ilə yaxşı münasibətlərim var. Onlarla bizi dostluq birləşdirir. Fikrimcə, komandaya uyğunlaşmaqla bağlı problemim olmayacaq. Məzuniyyətdən sonra əhval-ruhiyyəmiz müsbətdir, hamımız yaxşı istirahət etmişik və həvəslə hazırlıqlara başlamışıq.
- “Omiçka”nın məşqçilər korpusu şəxsən sizin qarşınızda hansı tapşırıqları qoyub?
- Düşünürəm ki, məndən torda etibarlı oyun gözləyirlər. Mənim güclü tərəflərim blok, məhsuldar hücum və topu oyuna daxil etməkdədir. Top qəbulum isə o qədər yaxşı deyil, lakin daim bu elementin üzərində çalışıram.
- Siz əvvəllər Krasnodar “Dinamo”sunun heyətində Rusiya çempionatında iştirak etmisiz...
- Həmin dövrdən yaxşı xatirələrim qalıb. Xüsusilə də, pley-off mərhələsinin oyunları yaddaqalandır. Həmin vaxt “Omiçka” ilə görüşürdük və qarşılaşmalar da çox gərgin keçdi.
- Çempionatı necə dəyərləndirirsiz?
- Ümumilikdə, Rusiya çempionatı çox güclüdür. Kifayət qədər yaxşı səviyyəli legionerlər var ki, bu da oyunların baxımlığını artırır. Mən elə düşünürəm ki, “Omiçka” liderlərin rəqabətində it-bat olmayacaq.
- London Olimpiadasını izlədizmi?
- Əgər teleyayım gecə vaxtı verilmirdisə, izləyirdim. Omskın Londonla böyük saat fərqi var. Rejimimi isə pozmaq istəmirəm. İmkan olanda isə çox maraqla baxırdım.
- Lakin özünüz də iştirakçılar arasında ola bilərdiz...
- Azərbaycan yığmasının Olimpiadaya vəsiqə qazanmamasına görə çox üzülürəm. Belə yarışlarda oynamaq hər bir idmançının arzusudur. Öz yığmamız oynamadığı üçün Rusiya millisinə azarkeşlik etdim.

0
0