İkinci yeri tutdu, qızıl medal alacaq!
13.08.2012 - 15:43
İkinci yeri tutdu, qızıl medal alacaq!
London Olimpiadasının qalibi olan belaruslu idmançı Nadejda Ostapçukda dopinqdə “ilişib”. Apasport.az saytının məlumatına görə, nüvə itələmə yarışlarında qızıl medal qazanan atletin qanında istifadəsi qadağan olunan dərman preparatı tapılıb.

Bu haqda məlumat verən Beynəlxalq Olimpiya Komitəsi Nadejdanın cəzalandırıldığını bildirib.

Nəticədə turnirin 7-ci günündə - avqustun 6-da uğur qazanan belaruslunun çempionluğun əlindən alınıb. Belə olan halda, 2-ci yeri tutan yeni zelandiyalı Valeri Adamsa qızıl, 3-cü olan rusiyalı Yevgeniya Kolodkoya gümüş medal veriləcək.