Xristovun məşqçisi: Bolqarıstana qayıtmağımız mümkün deyil
13.08.2012 - 18:54
“Valentinlə hələ Bolqarıstanda tanış olmuşdum. Onun inkişafına nəzarət mənə tapşırılmışdı. 2010-cu ildə onu Bolqarıstandan yarışa buraxmadılar və belədə alternativ variant axtarmalı olduq”. Apasport.az saytının məlumatına görə, bunu Londonda Azərbaycan bürünc medal qazandıran Valentin Xristovun (56 kq) şəxsi məşqçisi Zlatan Vanev deyib.
Milliləşdirilərək Azərbaycan yığmasına cəlb edilən bolqarıstanlı legioner Olimpiada tariximizdə yeni səhifə açıb. O, bu idman növündə ölkəmizə ilk Olimpiya medalını gətirib.
Vanev yetirməsinin uğuruna sevindiyini gizlətməyib: “Bu, böyük uğurdur. Vaxtılə mənim Olimpiya Oyunlarında bacarmadığımı yetirməm gerçəkləşdirdi. Buna görə xoşbəxtəm. O, indi mənim yolumla gedir. Hazırlıqlarında ciddi olsa, mənim bütün nəticələrimi kölgədə qoyacaq. Mənim də istədiyim elə budur”.
Azərbaycan yığmasının məşqçilər korpusunda yer alan mütəxəssis ölkəsinin mətbuatına verdiyi açıqlamada Xristovun yenidən Bolqarıstan millisinə qayıtmasının əleyhinədir: “Bolqarıstana qayıtmağımız mümkünsüzdür. Lakin Bolqarıstan Ağır Atletika Federasiyası ilə dostluq münasibətlərini də saxlamalıyıq. Onlarla heç bir düşmənçiliyimiz yoxdur. Azərbaycan və Bolqarıstandakı şərait arasında çox böyük fərq var. Vətənimizdə elə bir şərait yoxdur ki, qayıdıb orada məşq etməklə, Olimpiya titulu haqda düşünək”.

0
0