Useyn Bolt: Mən əminəm ki, Ronaldo Messidən güclü futbolçudur
13.08.2012 - 18:19
Useyn Bolt: Mən əminəm ki, Ronaldo Messidən güclü futbolçudur
London Olimpiadasının qalibi olan məşhur yamaykalı atlet Useyn Bolt da dünyanın ən yaxşı futbolçusu ilə bağlı müzakirələrə qatılıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən sürətli insanı ən güclü saydığı futbolçunun adını çəkib. Bolt bunun portuqaliyalı hücumçu Kriştianu Ronaldo olduğunu bildirərək, onun formasını geydiyi Madrid “Real”ına azarkeşlik etdiyini qeyd edib: “Mən əminəm ki, Ronaldo Lionel Messidən güclüdür. O, daha müasirdir. Buna görə də “Qızıl top” ilin yekununa görə Kriştianuya çatmalıdır. O, yalnız yaxşı futbolçu deyil, eyni zamanda əla insan və gülərüz oğlandır”.

Qeyd edək ki, qaçışda böyük uğurlara imza atan Useyn “Real”ın bütün heyətini çıxış etdiyi “Brilyant liqa”larından birinə dəvət edib. Ancaq ora yalnız klubun prezidenti Florentino Peres gələrək, Bolta üzərində komandanın bütün futbolçularının imzası olan Ronaldonun formasını bağışlayıb.