Olimpiya bayrağı Rio-de-Janeyroya gətirildi
14.08.2012 - 08:42
Növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi Rio-de-Janeyro dünyanın diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, Olimpiya bayrağı XXXI turnirin keçiriləcəyi bu şəhərə gətirilib. Onu şəhər meri Eduardo Paes son yarışın keçirildiyi Londondan gətirib. Paes bayrağı Olimpiadanın bağlanış mərasimində İngiltərə paytaxtının meri Boris Consondan alıb.
Braziliya 2016-cı ildə qəbul edəcəyi mötəbər turnirə tələsik hazırlaşır. Belə ki, Rio-de-Janeyroda stadionlar, yollar tikilir. Bununla belə, müşahidəçilər şəhərin Olimpiadaya kimi hazırlıq işlərini yekunlaşdıra bilməyəcəyindən çəkinir. Çünki gələcək Olimpiadada yükləmələri nəzərə almasaq, artıq indi həmin yollarla bağlı ciddi problemlər var.

0
0