“Finalda yorğun olmağım öz sözünü dedi” - MÜSAHİBƏ
15.08.2012 - 15:10
Azərbaycan güləşçisi, Pekin və London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramovun apasport.az saytına müsahibəsi
- London Olimpiadasını gümüş medalla başa vursanız da, fəxri kürsüdə sevinmirdiniz. Yəqin ki, Olimpiya Oyunlarında ardıcıl ikinci dəfə finalda uduzmaq sizə pis təsir etmişdi...
- Əlbəttə, nəticədən narazı idim və ikinci Olimpiya Oyunlarında finala çıxsam da, yenə qızıl medalı qazana bilmədim. Bu, mənə bir az ağır gəldi. Ona görə də məyus oldum. Ancaq buna baxmayaraq, sevinirəm. Əsas odur ki, Olimpiya Oyunlarından əliboş qayıtmadım. Çox şadam ki, Azərbaycan xalqını sevindirə bilmişəm.
- Hər halda, 4 il sonra Rio-de-Janeyroda qızıl medal qazana bilərsiniz. Bunu nə dərəcədə real sayırsınız?
- İnşallah, onda istəyimə çataram. Məşqlərimizi davam etdiririk və növbəti Olimpiadada bu arzumu reallaşdıraram.
- Bəs finalda məğlubiyyəti nə ilə izah edərdiniz?
- Finalda bir az yorğun olmağım öz sözünü dedi. Tam bərpa olmamışdım. Ola bilsin ki, bu nəticəyə təsir edərək, gümüş medal qazanmağıma səbəb oldu.
- Həlledici görüşdəki rəqibiniz olan iranlı güləşçinin dünya və qitə çempionatlarında kifayət qədər uğuru olsa da, Pekində məğlubiyyətə üzülmüşdü...
- İranlı güləşçini yaxşı tanıyırdım. Londondakı görüşümüz onla artıq dördüncü dəfə idi. Bildiyiniz kimi, 5 qat dünya çempionudur. Qismət belə oldu ki, qızıl medalı rəqib qazandı.

0
0