Millimizin oyununda dünya çempionatının təbliğatı aparıldı
16.08.2012 - 09:50
Azərbaycan və Bəhreyn yığmaları arasında İsmət Qayıbov Bakıxanov qəsəbə adına stadionda keçirilən yoldaşlıq görüşündə bu il ölkəmizdə təşkil olunacaq dünya çempionatının təbliğatı aparılıb. Apasport.az saytının məlumatına görə, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin təşkil etdiyi aksiyada oyunu izləmək üçün stadiona gələn azarkeşlərə çempionatın təbliğat materialları - bilet satış nöqtələri, bilet qiymətləri haqqında məlumat, çempionat oyunlarının cədvəli və s. broşurlar paylanıb.
Çempionatın rəsmi talismanı Top Top Qız oyun müddətində azarkeşlər arasında gəzib, fasilə zamanı isə meydançaya çıxaraq azarkeşləri salamlayıb, stadionda rəqs edərək onları əyləndirib. Oyundan əvvəl və fasilə zamanı diktor Azərbaycan - Bəhreyn oyununu izləməyə gələn azarkeşlərə dünya çempionatının təşkil olunacağı stadionlar, Top Top Qızın tarixçəsi, çempionatın keçirilmə tarixləri, açılış və final oyunları, bilet satış nöqtələri və s. barədə məlumat verib.
Qeyd edək ki, oyun millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə: affa.az
0
0