Azərbaycan avarçəkəni dünya çempionatının finalında!
18.08.2012 - 13:05
Bolqarıstanın Plovdiv şəhərində yeniyetmələr və böyüklər arasında davam edən akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Boris Yotov finala yüksəlib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 16 yaşlı avarçəkənimiz yeniyetmələrin mübarizəsində 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yarımfinal yürüşündə də uğurla çıxış edib.
Avqustun 18-də baş tutan yürüşdə Yotovun rəqibləri Martin Helset (Norveç), Qanqqanq Li (Çin), Mixal Ploçek (Çexiya), Ceyms Conston (CAR) və Pilip Pavukov (Belarus) olub. Finişə 7 dəqiqə 8,37 saniyəyə çatan təmsilçimiz yalnız Ploçekdən (7:05.06) geri qalıb. Əvəzində avarçəkənimiz Li (7:10.09), Conston (7:13.42), Pavukov (7:19.52) və Helseti (7:25.93) qabaqlayıb. Məhz ilk “3-lüy”ə düşdüyü üçün Yotov finala çıxıb.
Avqustun 19-da Bakı vaxtı ilə saat 14:00-da startı veriləcək həlledici yürüşdə Boris Yotovun rəqibləri Mixal Ploçek (Çexiya), Qanqqanq Li (Çin), eləcə də digər yarımfinal yürüşündə ilk 3 yeri tutmuş Yerney Markoviç (Sloveniya), Morits Moos (Almaniya) və Natan Veqrjiçki-Şimçik (Polşa) olacaq.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0