Vladimir Levindən yubiley qolu
27.08.2012 - 13:15
“İnter”in kapitanı Vladimir Levinin Premyer Liqanın son turunda “Turan”la səfər oyununun 88-ci dəqiqəsində vurduğu qol yubiley olub. Apasport.az saytının məlumatına görə, bu, UEFA tərəfindən nəticəsi tanınmayan 2001/02 mövsümü nəzərə alınmazsa, “bankirlər”in Premyer Liqada 400-cü qolu olub. Bu, eyni zamanda “Turan”ın çempionatdakı 200-cü məğlubiyyəti kimi tarixə düşüb.
“Bakı” - “Kəpəz” oyununda meydan sahiblərinin hücumçusu Nurlan Novruzovun gəncəliləri məyus edən 450-ci qola imza atıb.
Rasim ƏLİYEV
“Bakı” - “Kəpəz” oyununda meydan sahiblərinin hücumçusu Nurlan Novruzovun gəncəliləri məyus edən 450-ci qola imza atıb.
Rasim ƏLİYEV
0
0