Paulu Bentu Azərbaycanla oyunun heyətini nə vaxt açıqlayacaq?
27.08.2012 - 16:20
Portuqaliya milli komandasının heyətinin açıqlanacağı gün məlum olub. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin ilk oyunlarında çıxış etməyə namizədlərin siyahısı avqustun 31-də açıqlanacaq. Baş məşqçi Paulu Bentu heyətlə bağlı tələsməyərək ilk matçdan 1 həftə əvvəli gözləməyi lazım bilib. Belə ki, açıqlanacaq heyət sentyabrın 7-də Lüksemburq, 4 gün sonra Azərbaycanla qarşılaşacaq.
0
0