Atletimiz B qrupunda birincidir
29.08.2012 - 18:33
Rumıniyanın paytaxtı Buxarestdə ağırlıqqaldırma üzrə yeniyetmələrin X Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan millisinin heyətində Kənan Əliquliyev körpücük üzərinə çıxıb.
62 kq çəki dərəcəsində mübarizəyə qoşulan 14 yaşlı idmançımız B qrupunda yarışıb. Onun həm birdən, həm də təkanla qaldırmada çıxışı qənaətbəxş olub. Əliquliyev birdən qaldırmada növbə ilə 95, 100 və 102 kq çəkiləri başı üzərinə qaldıraraq, bu hərəkətdə 1-ci yeri tutub.
Təkanla qaldırma hərəkətinə 120 kq-ı ram edən atletimiz daha sonra sifariş verdiyi 125 kq-ı təəssüf ki, növbəti 2 cəhdində qaldıra bilməyib. O, bu hərəkətdə ikinci yeri tutub. Buna baxmayaraq, toplamda 222 kq (102 kq + 120 kq) nəticə göstərən Kənan B qrupunda 1-ci yeri tutub.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan yığmasının üzvlərindən Valeh Baxşəlizadə (50 kq) qızıl medal qazanıb.

0
0