“Simurq”da 3 yeni futbolçu
30.08.2012 - 09:24
Dünya çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək hazırlıq üçün Gürcüstana yollanan “Simurq” ilk məşqinə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Tiflisdə “Kopala” otelində məskunlaşan komanda 2 saata yaxın davam edən hazırlıq prosesində isinmə hərəkətlərindən sonra qısa ötürmələr üzərində çalışıb.
Daha sonra 3 qrupa bölünən futbolçular 2 tərəfli oyunla hazırlıqları tamamlayıb. Gürcü mütəxəssis Georgi Çixradze təşkil olunmuş təlim-məşq toplanışına əvəzedici heyətdən Arzuman Nəsibov, Həsən Qəhramanov və Ruslan Qetmanı da cəlb edib.
Qeyd edək ki, “Simurq” sentyabrın 9-na qədər qonşu ölkədə qalacaq. Sabahdan “sarı-qaralar” gündə 2 dəfə olmaqla təlim-məşq toplanışını davam etdirəcək.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0