Millinin baş məşqçisi atışmada öldü
30.08.2012 - 12:31
Millinin baş məşqçisi atışmada öldü
Gürcüstan Sambo Federasiyası böyük itki ilə üzləşib. Apasport.az saytının verdiyi məlumata görə, yığmanın baş məşqçisi Arçil Çoxeli ölkəyə Dağıstan ərazisindən gəlmiş terrorçuları zərərləşdirmək üçün keçirilən əməliyyat zamanı həlak olub.

41 yaşı olan Çoxeli mayor rütbəsini daşıyırdı. O, sambo üzrə ikiqat dünya çempionu idi və Avropa birinciliyində dəfələrlə mükafatçılar sırasına daxil olmuşdu.