Atletimizin B qrupunda yeri bilindi
30.08.2012 - 16:30
Atletimizin B qrupunda yeri bilindi
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmələr arasında X Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin heyətində bu gün körpücük üzərinə çıxan Kamran Beskov (77 kq) B qrupunda qüvvəsini sınayıb.
Birdən qaldırma hərəkətində həmyerlimiz ilk sifariş verdiyi 102 kq çəkini yalnız ikinci yanaşmada qaldıra bilib. Daha sonrakı çəkini 107 kq-ı isə Beskov ram edə bilməyib və bu hərəkətdə 4-cü olub.

Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən atletimiz ilk yanaşmasında 130 kq-ı qaldırıb. Sonrakı 2 yanaşmada 135 kq-lıq çəkinin öhdəsindən gələ bilməyib. Ancaq bu nəticə Kamranın həm bu hərəkətdə, həm də toplamda 245 kq-la (105 kq + 130 kq) 3-cü yeri tutması ilə nəticələnib.

Təmsilçimizin ümumi sıralamadakı yeri A qrupundakı yarışlar bitəndən sonra məlum olacaq.

Qeyd edək ki, Avropa birinciliyində millimizin aktivində hələlik 1 qızıl medal var.