Olimpiya çempionunun velosipedi oğurlandı
30.08.2012 - 18:46
Velosiped idmanı üzrə olimpiya çempionu Filip Haynds xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, London Yay Olimpiya Oyunlarında Böyük Britaniya yığmasının heyətində komanda sprintində qalib gələn idmançının velosipedi oğurlanıb. İdmançının evdə olmadığı vaxt ora daxil olan qarətçilər əllərinə keçən hər şeyi aparıblar. Filipin mavi rəngli “Folksvagen”i də velosipedlə birlikdə aparılıb. Lakin cinayətkarlar Olimpiadanın qızıl medalını oğurlamağı lazım bilməyib.
0
0