Azərbaycan Londonda daha bir qızıl qazandı
31.08.2012 - 21:53
Azərbaycan Londonda daha bir qızıl qazandı
Azərbaycan yığması Londonda keçirilən XIV Paralimpiya Yay Oyunlarnda daha bir qızıl medal qazanıb. Apasport.az saytının xəbərinə görə, 57 kq çəkidə mübarizə aparan cüdoçu Afaq Sultanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda braziliyalı Lusia da Silvanı məğlub edib.

Qeyd edək ki, Londonda ölkəmizə ilk qızılı dünən Ramin İbrahimov qazandırmışdı.