Azərbaycan Londonda 4-cü medalını qazandı
03.09.2012 - 15:41
Azərbaycan Londonda 4-cü medalını qazandı
Azərbaycan XIV London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, millimizin heyətində bu dəfə Hüseyn Həsənov fəxri kürsüyə yüksəlib.

25 yaşlı atletimiz uzunluğa tullanma növündə 3-cü yeri tutub. Onun 6 cəhdindən ən yaxşı nəticəsi 6,53 m olub. O, buna 2-ci tullanışda imza atıb. Həmyerlimizi qızıldan 62, gümüşdən 60 sm ayırıb. Belə ki, Həsənovu Fulianq Liu və fransalı Arnauld Assuomani qabaqlayıblar.

Bununla da, Londonda qazandığımız medalların sayı 4-ə yüksəlib. Hüseyndən öncə cüdoçularımız Ramin İbrahimovla (60 kq) Afaq Sultanova qızıl, İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olmuşdu.

Qeyd edək ki, Paralimpiadaya sentyabrın 9-da yekun vurulacaq.