5-ci medal gümüş oldu
04.09.2012 - 09:39
Azərbaycan XIV London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın üzgüçüsü Natali Pronina 200 m məsafəyə kompleks növündə finiş xəttinə ikinci çatıb.
Gümüş medala sahib olan 25 yaşlı idmançımız bu məsafəni 2:28.45-ə qət edib. Onu çempion Oksana Savçenkodan (Rusiya) 0,45 saniyə geri qalıb. Üçüncü yeri rusiyalı Darya Stukalova (2:28:73) tutub.
Bununla da Paralimpiadada yığmamızın qazandığı medalların sayı 5-ə çatıb. Proninadan öncə cüdoçularımız Ramin İbrahimovla (60 kq) Afaq Sultanova qızıl, İlham Zəkiyevlə (+100 kq), atletimiz Hüseyn Həsənov bürünc medala sahib olmuşdu.
Paralimpiya Oyunları sentyabrın 9-na kimi davam edəcək.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0