“Mənim Azərbaycanla müqaviləm 2016-cı ilə kimidir” - MÜSAHİBƏ
06.09.2012 - 13:52
Azərbaycan yığmasının ağırlıqqaldıranı Valentin Xristov (56 kq) Bolqarıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, London Yay Olimpiya Oyunlarında ölkəmizə bürünc medal qazandıran milliləşdirilən legioner bu uğura gedən yoldan və gələcək karyerasından danışıb.
- 18 yaşında Olimpiadada bürünc medal qazanmaq necə bir hissdir?
- Çox xoşbəxtəm. Bu, karyeramda ən böyük uğurumdur. Özü də buna cəmi 18 yaşında nail olmuşam. Əksər idmançılar Olimpiadada bu yaşda belə nəticə göstərə bilmirlər. Bu, həm də Azərbaycanın Olimpiya Oyunları tarixində ağırlıqqaldırma növündə ilk medalıdır.
- Bu uğur Azərbaycanda necə qarşılandı? Özünüzə qarşı xüsusi münasibət hiss edirdizmi?
- Çoxları xoşbəxt idi. Ölkədə hamı - Azərbaycan Prezidenti İlham Əliyev və xalq sevinc içində idi. Çıxışımdan əvvəl və sonra şəxsi məşqçim Zlatan Vanevə və özümə qarşı böyük hörmət gördüm.
- Özünüz belə nəticə inanırdınız?
- Mən bundan öncə bir neçə turnirdə böyük çəkiləri qaldırmışdım. Fikrimcə, Olimpiya çempionu olmaq üçün kifayət edəcək çəkini də qaldıra bilərdim. Lakin yarışa 2 həftə qalmış çiynim zədələndi və mən 10 gün məşq edə bilmədim. Bu səbəbdən də ağrıkəsicilərlə podiuma çıxıb, 3-cü oldum. Həmin vəziyyətimi nəzərə alsaq, öz nəticəmdən razıyam.
- Bu medalı doğma ölkəniz Bolqarıstan deyil, başqa ölkə üçün qazanmağınıza təəssüf edirsiz?
- Düzünü deyim ki, yox. Çünki Bolqarıstanda mənə və şəxsi məşqçim Zlatan Vanevə həmin diqqət göstərilmirdi. Məni yeniyetmələrin I Yay Olimpiya Oyunlarına belə göndərmədilər. Bir sözlə, hansısa yarışda iştirakımız üçün şərait yaradılmırdı. Buna görə də mən Azərbaycana getdim. Orada əla şərait var və mən burada özümü çox yaxşı hiss edirəm. Həmçinin mənim məşqçim də. Bunları etdiyimizə görə təəssüf hissi keçirmirəm və hər şey qaydasındadır.
- Azərbaycan və Bolqarıstan idmanı arasında hansı fərqlər var?
- Bu, çox böyükdür. Orada hər şey əladır. Azərbaycanda məşq, inkişaf etmək üçün hər bir şərait var.
- Azərbaycan adından yarışmağı davam etdirməyi düşünürsizmi?
- Mənim müqaviləm 2016-cı ilə kimidir. Ən azından həmin vaxta kimi mən oradayam. Həmin ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çempion olmaq istəyirəm. Ondan sonrasına baxarıq.
- Siz qarşıdakı 4 il üçün çox iddialı danışırsız. Bunu bacara biləcəksizmi?
- Bunu çoxlu məşqlərin nəticəsində həyata keçirəcəyik. Vanevin məsləhətlərini dinləməklə, bu, çətin olmayacaq.

0
0