Yossi Benayun: Bizi çox ciddi rəqib gözləyir
06.09.2012 - 18:52
Yossi Benayun: Bizi çox ciddi rəqib gözləyir
İsrail millisinin kapitanı Yossi Benayun DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az məlumatına görə, təcrübəli futbolçu Bakıda keçirilən mətbuat konfransında millimiz barədə kifayət qədər məlumatlı olduqlarını deyib.

Onun sözlərinə görə, oyun yığması üçün çətin keçəcək: “Bizi çox ciddi rəqib gözləyir. Onları qiymətləndirməmək olmaz. Nə vaxt milliyə ehtiyac olsa, çıxıb öz köməkliyimi edəcəm. Hələ ki, əsas heyətdə kimlərin oynayacağı bilinmir”.

Qeyd edək ki, Azərbaycan – İsrail matçı sabah saat 21:00-da başlayacaq.