”Bəzən əldə etdiyin qol vəziyyətindən yararlana bilmirsən” - MÜSAHİBƏ
08.09.2012 - 10:42
”Bəzən əldə etdiyin qol vəziyyətindən yararlana bilmirsən”  - MÜSAHİBƏ
Azərbaycan milli komandasının futbolçusu Vaquf Cavadov DÇ-2014-ün İsrail yığması ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, hücumçu qarşılaşma haqda fikirlərini açıqlayıb.

- Vaqif, yığmanın qazandığı nəticəni sərfəli hesab etmək olarmı?
- Qalib gəlməli idik, amma futbolda belə şeylər olur, bəzən əldə etdiyin qol vəziyyətlərindən istifadə edə bilmirsən. Komanda yaxşı oynadı, qol imkanlarımız oldu. Hər bir insan üçün öz ölkəsini təmsil etmək, onun şərfi uğrunda mübarizə aparmaq fəxirdir. Əminəm ki, gələckdə belə oynmağı davam etsək və oyunumuzu yaxşılaşdırsaq daha yaxşı nəticələrlə azarleşlərimiz sevindirə bilərik.

- Portuqaliya ilə oyun barəsində nə düşünürsünüz?
- Bu oyun barədə sabah düşünəcəyik, indi bir az yorulmuşuq. Əlbəttə ki, çox ciddi rəqibdir. Qrupun favoritlərindən biridir. İnşallah, çalışacağıq ki, Portuqaliya yığması güclü komandada olsa da, sərfəli nəticə əldə edək . İstəyimiz Azərbaycanı layiqli təmsil edmək və yaxşı nəticə ilə Bakıya dönməkdir.

- Portuqaliyadan qorxmursunuz ki, kobud dildə desək ayaqlarınız əsmir ki?
- Xeyr, artıq belə rəqiblərlə oyunlara öyrəşmişik. Almaniya, Türkiyə və Belçika kimi komandalarla oynamışıq. Hətta türkləri məğlub edib, Belçikadan xal da almışıq. Düşünürəm ki, bu oyunda yaxşı oyun göstərəcəyik.

- Sizin arxanızda Maksim Medvedev oynayırdı. Belə demək olarsa onunla ilk dəfə idi ki, eyni cinahda çıxış edirdiniz. Oyununuz alınırdımı, bir birinizi baş düşə bilirdinizmi?
- Maksim mənim dostumdur. Mənə elə gəlir ki, bir–birimizi anlaya bilirdik. Amma öz üzərimizdə işləməklə daha da yaxşı anlaşa bilərik.