Futbolun yaradıcıları Patrasa “dərs” keçdi
08.09.2012 - 12:18
Moldova milli komandasının DÇ-2014-ün seçmə mərhələsində ilk oyununda Azərbaycan Premyer Liqasında oynayan futbolçusu da iştirak edib. Apasport.az məlumatına görə, İngiltərə ilə ev oyununda çempionatımızın 1 futbolçusu meydana çıxıb. Moldova yığmasının 0:5 hesabı ilə məğlub olduğu qarşılaşmada AZAL-ın futbolçusu Artur Patras meydanda olub. O, 90 dəqiqə ərzində futbolun yaradıcılarından “dərs” alıb.
0
0