“Əsas odur ki, Portuqaliyada yaxşı oynayaq” – MÜSAHİBƏ
08.09.2012 - 14:04
Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın apasport.az saytına müsahibəsi
- Oynamasanız da, qarşılaşmanı sona qədər izlədiniz. Millinin çıxışı barədə nə deyə bilərsiz?
- Məncə, pis çıxış etmədik. Qələbə topunu vurmaq üçün şanslarımız var idi. Təbii ki, rəqibin də müəyyən imkanları oldu. Birinci hissədə bərabər oyun izlədik. Amma fasilədən sonra üstünlük tərəfimizdə idi.
- Müdafiədə çox boşluqlara yol verdik?
- Futbolda bu qaçılmazdır. Müəyyən səhvlərimiz oldu. Ancaq çox yaxşı oynadıq. Qol imkanlarından istifadə etsəydik, meydanı 3 xalla tərk edəcəydik.
- Qarşıdan Portuqaliya ilə oyun gəlir. Əlbəttə, Portuqaliya ilə İsraili tərəfinin eyni gözünə qoymaq olmaz. Rəqibin heyətində ulduz futbolçular çoxdur...
- Razılaşıram ki, onların heyətində tanınmış oyunçular çoxdur. Amma bu futboldur, nəticəni əvvəlcədən müəyyənləşdirmək olmur. Mübarizə aparacağıq.
- Bu matçda nəyə ümid etmək olar?
- Əsas odur ki, yaxşı oyun nümayiş etdirək, topu özümüzdə çox saxlayaq. Bunu etsək, sonrası yaxşı olacaq.
- Zədənizlə bağlı durum necədir?
- İstanbula yola düşəcəm. Dizim çox ağrıyır. “MR” çəkiləcək. Bundan sonra müalicə kursuna başlayacam.
- Deməli, Portuqaliya ilə oyunda iştirak etməyəcəksiz?
- Çox təəssüf, zədəm imkan vermir.
- Yayda Türkiyə Superliqası komandası olan “Əskişəhərspor”a transfer olunsanız da, hələ meydana çıxmamısınız. Səbəbi nədir?
- Son vaxtlar zədələrlə bağlı problem yaşayıram. Tez-tez zədələnirəm. Bu da əsas heyətə düşməyimə imkan vermir. Ancaq çox çalışıram ki, debüt eləyim.
- Oynamamağınız sırf zədə ilə bağlıdır?
- Həm də komandada yeniyəm. Çox çalışacam, öz növbəmi gözləyəcəm. Şans veriləcəyi təqdirdə, nəyə qadir olduğumu göstərəcəm.
- Bəlkə baş məşqçi ilə aranızda problem var?
- Baş məşqçimizlə münasibətimiz çox yaxşıdır. Meydana çıxmamağımın onunla bağlılığı yoxdur. Hazır olduqdan sonra, o da şans verəcək.
- Bəlkə “Əskişəhərspor”u seçməkdə tələsdiniz?
- Xeyr, çox yaxşı kluba keçmişəm. Hər şey qaydasındadır. Baş məşqçi ilə münasibətimiz də qaydasındadır.

0
0