Berti Foqts: Onlar ilk dəqiqədən sonadək mübarizə aparır
12.09.2012 - 09:47
Berti Foqts: Onlar ilk dəqiqədən sonadək mübarizə aparır
“Portuqaliya yığmasını qələbə münasibəti ilə təbrik edirəm. Onlar bu gün yaxşı oynadılar. Rəqib yüksək səviyyəli komandadır. Onlar ilk dəqiqədən sonadək mübarizə aparır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis DÇ-2014-ün Portuqaliya ilə səfər oyunundakı 0:3 hesablı məğlubiyyəti futbolçularımızın çatışmazlıqları ilə əlaqələndirib: “4 gündə 2 matç oynamaq fiziki cəhətdən bizim üçün çətindir. Braqadakı qarşılaşmada çox səhvə yol verdik. Bununla da istəmədən onlara qol vurmaları üçün şərait yaratdıq. Son 15-20 dəqiqədə komanda fiziki cəhətdən çatdıra bilmədi. Portuqaliya ilə oynamaq komandam üçün asan deyildi”.

Foqts bu məğlubiyyətin futbolçularımıza 1 dərs olduğunu düşünür: “Futbolçularımızın öz səhvlərindən nəticə çıxaracağına ümid edirəm.
Amma rəqib güclü komandadır. Belə komandalarla oyunda komandamız təcrübə yığır. Yetirmələrimdən kimisə fərqləndirmək istəmirəm. Qalib gələndə də, məğlub olanda da komanda şəklində çıxış edirik".