“Top Azərbaycan yığmasının qapısından keçmək istəmirdi”
12.09.2012 - 10:23
“Top Azərbaycan yığmasının qapısından keçmək istəmirdi”
“Düşünmürəm ki, mən Portuqaliya yığmasının “gizli silahı”yam. Sadəcə öz üzərimdə çox işləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının hücumçusu Silvester Varela deyib.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığması ilə oyunda ilk qolu vuran hücumçu qarşılaşmada barədə danışarkən, komandasının qələbəsinin hər şeydən vacib olduğunu bildirib: “Azərbaycan yığma komandasının qapısı sanki, sehrlənmişdi top qapıdan keçmək istəmirdi. Mən xoşbəxtəm ki, oyuna daxil olan kimi, topa ilk toxunuşum da hesabı açmağı bacardım. Əsas odur ki, biz öz məqsədimizə çatdıq və 3 xalı qazana bildik”.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçı 3:0 hesabı ilə yekunlaşıb