Kelhar oynadı, Sloveniya uduzdu
12.09.2012 - 12:31
Kelhar oynadı, Sloveniya uduzdu
DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununa çıxan Sloveniya millisinin heyətində Azərbaycan Premyer Liqasında da top qovan futbolçu da meydana çıxıb. Apasport.az saytının məlumatına görə, Norveçlə səfər matçında çempionatımızın 1 futbolçusu iştirak edib.

Sloveniya millisinin 2:1 hesabı ilə məğlub olduğu qarşılaşma da “Qəbələ”nin şərəfini qoruyan Deyan Kelhar yalnız matçın sonlarında iştirak edib. O, 90-cı dəqiqədə əvəzetmədən sonra meydana çıxıb. Kelhar oyuna çıxarkən hesab 1:1 olsa da bundan sonra komandası daha 1 top buraxıb.