İspaniyalılardan daha bir rekord
12.09.2012 - 15:05
İspaniyalılardan daha bir rekord
İspaniya yığması DÇ-2014-ün seçmə mərhələsində səfərdə Gürcüstanla keçirilən oyununda daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Visente Del Boskenin yetirmələri topa sahib olma üzrə dünya rekordunu təzələyiblər.

Qonaqlar bu qarşılaşmada 3 xalı çox çətinliklə qazanıblar. Onlar yalnız görüşün 86-cı dəqiqəsində Soldadonun vurduğu yeganə qolu hesabına qalib gələ biliblər. Amma buna baxmayaraq ispanlar 90 dəqiqə ərzində vaxtın 80 faizini topu meydan sahiblərinə verməyiblər.

Qeyd edək ki, bundan öncəki rekord da İspaniya milli komandasına məxsus idi. Onlar Kosta-Rika ilə qarşılaşmada 79 faiz topa sahib olmuşdular.