Elder Poştiqa: Hesab oyuna görə idi
12.09.2012 - 15:21
Elder Poştiqa: Hesab oyuna görə idi
“1-ci qolu vurana kimi çox çətinlik çəkdik. 1-ci hissədə xeyli qol vəziyyətləri yaratsaq da onlardan istifadə edə bilmədik”. Apaport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisini DÇ-2014-ün seçmə mərhələsində 3:0 hesabı ilə məğlub edən Portuqaliya yığmasının hücumçusu Elder Poştiuqa deyib.

Milli komandamızın qapısından 2-ci topu keçirən portuqaliyalı futbolçu bildirib ki, onlar böyükhesablı qələbəyə layiq idilər: “Biz çox saylı qol epizodları yaratdıq. Mən düşünürəm ki, hesab oyuna görə idi. Əgər sən əsl futbol oynayırsansa, sonda bunun nəticəsini görəcəksən. Mən düşünürəm ki, biz həddindən artıq çox qol epizodlarını boşa verdik. Təxminən 7 belə şansımız oldu. Mən hələ bu qədər şansızlıq görməmişdim. Amma buna baxmayaraq nəticədən razıyıq. Ronaldoya gəldikdə isə o, çox yaxşı oynadı. Həmişə kimi bütün bacarığını qələbə qazanmağımız üçün ortaya qoydu və bizim qalib olmağımıza çox yardım etdi. Azarkeşlərə isə söz ola bilməz. Özü də Portuqaliya da böhran ola-ola onların stadiona gəlmələri bizi sevindirməyə bilməzdi. Onların hər birinə təşəkkür edirəm”.