“Partizan” rəsmisi “Böyük oyun”u izləməyə gəldi
14.09.2012 - 15:18
Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” – “Xəzər Lənkəran” oyununu əcnəbi məşqçi də izləyəcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “ağ-qaralar”ın rəqibi olan Serbiya “Partizan”ı bu qarşılaşmaya nümayəndəsini göndərib.
Sabah baş tutacaq “Böyük oyun”u izləyənlər sırasında Belqrad təmsilçisinin çalışdırıcısı Aleksandr Roqiç də olacaq. Baş məşqçi Vladimir Vermezoviç 1-ci köməkçisini Bakıya göndərməklə sentyabrın 20-də baş tutacaq matç öncəsi rəqib haqda dolğun bilgi almaq niyyətindədir.
Qeyd edək ki, Roqiçin izləyəcəyi “Neftçi” – “Xəzər Lənkəran” oyunu Bakıxanov qəsəbə stadionunda baş tutacaq.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0