Biri podiuma çıxmadı, digəri yarışı yarımçıq dayandırdı
19.09.2012 - 09:05
Biri podiuma çıxmadı, digəri yarışı yarımçıq dayandırdı
Slovakiyanın Koşitse şəhərində ağır atletika üzrə yeniyetmələr arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, mundiala 7 idmançı ilə qatılan Azərbaycan millisi yarışa uğursuz başlayıb.

Belə ki, ilk gündə yığmamızın 2 üzvü mübarizəyə qoşulmalı olsa da, Valeh Baxşəlizadənin (50 kq) son anda qeyri-müəyyən səbəbdən yarışda iştirak etməyib. Onun çəkisində mübarizə aparan Rüstəm İmanzadə isə ümidləri doğrultmayıb.

Birdən qaldırmada ilk cəhdində 78 kq, daha sonra 83 kq-ı çəkini uğurla başı üzərinə qaldıran atletimiz təəssüf ki, 88 kq-ı ram edə bilməyib. Nəticədə gənc idmançımız bu hərəkətdə 5-ci yeri tutub.

Sonuncu çəkinin öhdəsindən gələ bilməyən İmanzadə həmin vaxt biləyindən də zədələnib və təkanla qaldırma hərəkətində iştirak etməyərək, yarışı yarımçıq dayandırıb.

Qeyd edək ki, dünya birinciliyi sentyabrın 23-də başa çatacaq.