Dünya çempionatının 2-ci günü də medalsız qaldıq
20.09.2012 - 08:53
Dünya çempionatının 2-ci günü də medalsız qaldıq
Slovakiyanın Koşitse şəhərində keçirilən ağırlıqqaldırma üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 2-ci günü podiuma Azərbaycan millisinin daha 2 idmançısı - Həsən Həsənov və Kənan Əliquliyev (hər ikisi 62) çıxıb.

Həmyerlilərimiz B qrupunda mübarizə aparıblar. Həsənov birdən qaldırmada 93 kq, təkanla qaldırmada isə 112 kq nəticə göstərərək, toplamda 205 kq-la 6-cı olub. Əliquliyev isə birdən qaldırmada 103 kq, təkanla qaldırmada 124 kq nəticə göstərib. O, yekunda 227 kq-la B qrupunu 1-ci yerdə başa vurub.

Lakin A qrupunun yarışları bitəndən sonra Kənan ümumi sıralamada 11-ci, Həsən isə 16-cı yeri tutub.