UEFA prezidentliyinə yeni namizəd
21.09.2012 - 14:40
UEFA prezidenti olmağa namizədlərdən birinin adı məlum olub. Apasport.az saytının xəbərinə görə, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Vilyar qitə futbol qurumuna rəhbərlik etmək istəyir. O, növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək.
Vilyarı bu addımı atmağa FİFA prezidenti Yozef Blatterin açıqlaması sövq edib. Belə ki, isveçrəli funksioner 2015-ci ildə öz postunu UEFA prezidenti Mişel Platiniyə vermək istədiyini açıqlayıb. Fransalının UEFA-nı FİFA-ya dəyişməsi isə Vilyar üçün yol açacaq.
Qeyd edək ki, UEFA tarixində heç vaxt quruma ispaniyalı prezident başçılıq etməyib.

0
0