Stoitsovla Çolakovun yığmamızdakı taleyi müəyyənləşdi
26.09.2012 - 16:05
Stoitsovla Çolakovun yığmamızdakı taleyi müəyyənləşdi
Bolqarıstanlı ağırlıqqaldıranlar İvan Stoitsovla (85 kq) Veliçko Çolakov (+105 kq) Azərbaycan yığmasında karyeralarını davam etdirəcək. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, atletlərin yenidən Balkan təmsilçisinin şərəfini qoruması mümkün olmayıb.

Belə ki, Azərbaycan Ağır Atletika Federasiyası legionerləri buraxmağa razı olmayıb. Atletlərin ən azı 2013-cü ildə Bolqarıstanın Varna şəhərində keçiriləcək Avropa çempionatında da Azərbaycanın şərəfini qoruması zəruri sayılıb.

Həmkarlarımızın iddiasına əsasən idmançıların qarşısına çətin vəzifələr də qoyulub. Belə ki, İvan Varnadan qızıl medalla qayıtmalıdır. Veliçko isə Azərbaycan üçün əyarından asılı olmayaraq 1 medal əldə etməlidir.