Milli komandamıza yenidən əcnəbi baş məşqçi gətirilir
27.09.2012 - 10:48
Ağır atletika üzrə Azərbaycan yığması yenidən əcnəbi mütəxəssis çalışdıracaq. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, istefaya göndərilən Yanko Rusevdən sonra boş qalan posta onun həmyerlisi, bizlərə yaxşı tanış olan Zlatan Vanevin gətirilir.
Belə ki, ölkəmizin London Olimpiadasında ilk, ağır atletikada yeganə medalçı olan Valentin Xristovun şəxsi məşqçisi Vanev yetirməsinin uğurlu çıxışından sonra yığmada çəkisini artırıb. Bolqar həmkarlarımızın yazdığına görə, hələ rəsmi olmasa da, Zlatan yığmamızın yeni baş məşqçisi olacaq, ağır atletlərimizi Londona aparan gənc mütəxəssis Nizami Paşayev isə yeniyetmələrlə çalışacaq. Yerli jurnalistlər Vanevlə əlaqə saxlayıb, xəbəri təsdiqlənməyəni istəsələr də, onu tapa bilməyiblər.
Bolqar həmkarımız Xristovla Vanevin Olimpiadan sonra qazandıqları mükafatlarla maddi vəziyyətlərini xeyli yaxşılaşdıqlarını da yazıb. Belə ki, məşqçi ilə idmançı yaşadıqları Şumendə ev alıblar. Valentinin mənzil, Zlatan isə böyük həyət evi aldığı qeyd olunub. Onlar Londondan sonra avtomobil də alıblar. Belə ki, Xristov BMWX6, Vanev isə “Linkoln” markalı JEEP-də gəzir.

0
0