Rusiya – Azərbaycan matçının hakim müəyyənləşdi
27.09.2012 - 13:27
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu idarə edəcək hakimin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın Rusiya yığması ilə oktyabrın 16-da Moskvada “Lokomotiv” stadionunda keçirəcəyi matç makedoniyalı Aleksandar Stavrevə tapşırılıb. Onun köməkçiləri olacaq həmyerlilərinin adları hələ açıqlanmayıb. 35 yaşlı Stavrev 2006-cı ildən FİFA hakimidir.
0
0