Kapello Jirkovu Azərbaycanla oyundan kənarda qoya bilər
28.09.2012 - 09:14
Kapello Jirkovu Azərbaycanla oyundan kənarda qoya bilər
Rusiya yığmasının əsas futbolçularından olan Yuri Jirkovun 2014-cü il dünya çempionatının seçmə mərhələsində oktyabrın 16-da Azərbaycan yığması ilə ev oyununda iştirakı sual altındadır. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Fabio Kapellonun “Anji”nin sol cinah müdafiəçisi son heyətə daxil etməyəcəyi müzakirə obyektinə çevrilib.

Belə ki, italiyalı çalışdırıcı rəsmi oyunlar üçün nəzərdə tutulan 23-24 nəfərlik heyət artıq müəyyən fikirləri formalaşıb. O, hər toplanışda yalnız 2-3 adları dəyişir. Bu mənada genişlənmiş heyətə artıq 3-cü dəfə daxil olan, ancaq Kapellonun məşqlərində 1 dəqiqə olsun belə çalışmayan Jirkovun kənarda qalmağı daha real görünür. Eyni sözləri debütant yarımmüdafiəçilər – “Rubin”dən Aleksandr Ryazantsevlə Yurinin “Anji”də komanda yoldaşı olan Oleq Şatov haqda demək olar.

Qeyd edək ki, Jirkov indiyə yığma ilə millimizə, MOİK-in heyətində Çempionlar Liqasında “Neftçi”yə qarşı oynayıb.