Qadın güləşçilərimizdən uğursuz start
28.09.2012 - 11:18
Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatına start verilib. Apasport.az saytının xəbərinə görə, yarışın proqramına əsasən öncə mübarizəyə 51, 59 və 67 kq çəki dərəcəsində yer alan güləşçilər başlayıb.
51 kq-da mübarizə aparan Anjela Doroqan yarışa 1/8 finalda ABŞ təmsilçisi Alissa Lampe ilə görüşlə başlayıb. Ancaq görüş təmsilçimiz üçün uğurlu olmayıb.
59 kq-da Yuliya Ratkeviçin 1/8 finaldakı rəqibi türkiyəli Elif Jale Yeşilirmak olub. İdmançımız bu görüşü (3:0, 3:0) qələbə ilə başa vurub. Növbəti cəhddə Olqa Butkeviçlə (Böyük Britaniya) gərgin keçən görüşdə güləşçimiz (0:1, 1:0, 5:1) məğlub olub.
Nadya Sementsova isə 1/8 finalda isveçli Katarina Yohanssonla görüşdən (1:0, 1:0) qalib ayrılsa da, növbəti mərhələdə Kanada təmsilçisi Erzsebet Doroti Yeatsa (0:1, 2:5) uduzub.
Çempionatın 2-ci günündə 55 və 72 kq çəkidə qaliblər müəyyənləşəcək. Güləşçilərimizin ilk rəqibləri bəllidir.
55 kq çəkidə Yarina Dubovska 1/8 finaldan mübarizəyə qoşulacaq, onun ilk rəqibi Polşa təmsilçisi Katarina Kravçik olacaq. 72 kq çəki dərəcəsində Natalya Palamarçukun 1/8 finalda rəqibi isə qazaxstanlı Gözəl Manyurova olacaq.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0