“Partizan”dan səfər darmadağını
30.09.2012 - 13:51
“Partizan”dan səfər darmadağını
Avropa Liqasında "Neftçi"nin rəqibi olan "Partizan" Serbiya çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi səfərdə "Voyvodina"nın qonağı olub.

Görüş "Partizan"ın qələbəsi ilə başa çatıb. Rəqibini 3 cavabsız qolla məğlub edən "Partizan" xalını 18-ə yüksəldib.

Qeyd edək ki, "Partizan" 7 turdan sonra 18 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.