Yığmamız Meksika millisini məğlub etdi
30.09.2012 - 19:16
Yığmamız Meksika millisini məğlub etdi
İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Meksika komandası ilə qarşılaşıb. Apasport.az saytının xəbərinə görə, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Cem Fələk və Abdussəməd Gürsoy vurub.

Futbolçularımız bu turnir çərçivəsində sentyabrın 29-da keçirdikləri ilk oyunda Kanada yığması ilə heç-heçə etmişdi – 2:2.

Yığmamız turnirdə növbəti oyununu oktyabrın 1-də, Bakı vaxtı ilə saat 21:30-da ABŞ komandasına qarşı keçirəcək.