AZAL-ın futbolçusu San Marinoya aparılır
01.10.2012 - 12:52
Moldova yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Ukrayna və San Marino milli komandaları üçün rəsmi oyunlara genişlənmiş heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi İon Karas 33 yeni futbolçu arasında ölkəmizdən yalnız bir futbolçunun adını göstərib. Bu, AZAL-ın yarımmüdafiəçisi Artur Patraşdır. Karas bu dəfə “Rəvan”ın müdafiəçisi Nikolay Orlovskiyə ehtiyac görməyib.
Qeyd edək ki, Moldova oktyabrın 12-də Ukraynanı qəbul edəcək, 4 gün sonra San Marinonun qonağı olacaq.
Qeyd edək ki, Moldova oktyabrın 12-də Ukraynanı qəbul edəcək, 4 gün sonra San Marinonun qonağı olacaq.
0
0