Dörd boksçumuzdan ikisi qələbə qazandı
03.10.2012 - 11:01
Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında (13-14 yaşlılar) Avropa birinciliyinə start verilib. Apasport.az saytının xəbərinə görə, yarışın ilk günündə milli komandamızın 4 üzvü rinqə çıxıb.
Həmyerlilərimizdən ikisi döyüşü öz xeyirlərinə başa vurublar. 38,5 kq çəki dərəcəsində mübarizə aparan Malik Həsənov Avropa birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz Litva nümayəndəsi Mantas Morkunası 13:7 hesabı ilə məğlub edib.
Sərxan Əliyev də (46 kq) növbəti mərhələyə vəsiqə qazanıb. Əliyev də Litva təmsilçisi üzərində qələbəyə sevinib. Millimizin üzvü Emil Storpirstisi yarışdan kənarlaşdırıb – 14:8.
İki boksçumuz isə turnirlə erkən vidalaşıb. 43 kq-da yarışan Bəxtiyar Qazıbəyov ingiltərəli Mark Dikinsona 4:6 hesabı ilə uduzub. Dərbənd Əliyevin (54 kq) qarşısını isə irlandiyalı Mettyu Devis kəsib. Həmyerlimiz rəqibinə 6:9 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 6-da yekun vurulacaq.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0