Oleq Bloxin xəstəxanaya düşdü
06.10.2012 - 10:22
Oleq Bloxin xəstəxanaya düşdü
Kiyev “Dinamo”sunun baş məşqçisi Oleq Bloxin xəstəxanaya düşüb. Apasport.az saytının məlumatına görə, Ukrayna yığmasını da çalışdıran 59 yaşlı mütəxəssisin qan təzyiqi artıb. O, bu səbəbdən yaxın bir həftəni həkim nəzarətində keçirəcək. Nəticədə Bloxin XI turda “Dnepr”lə səfər oyununda iştirak edə bilməyəcək. “Dinamo” həmin oyunda uduzarsa, 2-ci pilləni rəqibinə verəcək.

Bloxinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində oktyabrın 12-də Moldova, 16-da Çernoqoriya ilə matçlarda iştirakı da sual altındadır. Bu oyunlar müvafiq olaraq Kişinyovla Kiyevdə keçiriləcək və çalışdırıcının yığmada sonuncu matçlar olacaq. O, bundan sonra bütün diqqətini yaxında baş məşqçisi təyin olunduğu “Dinamo”ya yönəldəcək.