Foqts köməkçilərini Rusiya – Portuqaliya oyununa göndərəcək
06.10.2012 - 11:53
Azərbaycan milli komandasının məşqçiləri 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya – Portuqaliya oyununu izləməyə yollanacaq. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçimiz Berti Foqtsun köməkçilərindən həmyerlisi Olaf Yansen və Nazim Süleymanov oktyabrın 12-də keçiriləcək bu matçı “Lujniki” stadionundan izləyəcək. Ruslar 4 gün sonra həmin arenada millimizlə üzləşəcək.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0