Əfran 2 həftə, Cavid əməliyyatı gözləyəcək
06.10.2012 - 12:37
Əfran 2 həftə, Cavid əməliyyatı gözləyəcək
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə oyuna açıqlanan heyətdən zədə üzündən kənarlaşdırılan Əfran İsmayılovla Cavid İmamverdiyev bir müddət oynamayacaqlar. Apasport.az saytının məlumatına görə, Əfranın yaşıl meydana qayıdışı üçün 2 həftə vaxta ehtiyac var. “İnter”lə Avroliqada matçında da oynamayan Cavidin cərrahiyyə əməliyyatı olunmağı istisna edilmir.

Onun “Neftçi”də komanda yoldaşı olan müdafiəçi Mahir Şükürov millinin düşərgəsinə bir qədər gec qoşulacaq. Ancaq bu, onun zədəli olmağı yox, oktyabrın 8-də Topaz Premyer Liqasında “Turan”la matçının olmağı ilə bağlıdır. Şükürovun italyanlarla oyunda aldığı zədə yüngüldür.