“Əsas rəqibimiz “Barselona”dır”
07.10.2012 - 14:00
“UEFA kubokunun elit-raundunda qrup qalibi olmaq üçün mübarizə aparacağıq. Əsas rəqibimiz də İspaniya “Barselona”sıdır”. Apasport.az saytının məlumatına görə. Bu sözləri Sloveniyanın “Litija” klubunun futzalçısı Andre Vrhoveç deyib.
Futzal üzrə UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqibi olan balkanlıların oyunçusu iddialı açıqlaması ilə diqqət çəkib: “Artıq indidən “Dördlər finalı”nın təşkilatçılığı üçün ilkin ərizəmizi UEFA-ya təqdim etmişik. Bunun üçün özümüz də həmin turnirə vəsiqə qazanmalıyıq. Əsas rəqibimiz “Barselona” olsa da, “Araz” və Xorvatiya “Split”ini də hesabdan silməməliyik. Onlarla oyunlarda maksimum nəticə göstərməliyik ki, ispaniyalılarla görüşdə müsbət nəticəyə ümidimiz olsun”.

0
0