Renat Yanbayev: Azərbaycan yığması əla komandadır
08.10.2012 - 09:37
Renat Yanbayev: Azərbaycan yığması əla komandadır
“Ronaldoya qarşı 1 yox, 2 müdafiəçi mübarizə aparmalıdır. Aydın məsələdir ki, o superulduzdur. Amma gəlin ümid edək ki, bizimlə oyunda onun bəxti gətirməyəcək və pis oynacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Rusiya milli komandasının futbolçusu Renat Yanbayev deyib.

Millisinin qarşıdakı ev oyunları haqda fikirlərini bildirən “Zenit”in müdafiəçisi millimizin yaxşı komanda olduğunu bildirib: “Qarşıdan gələn hər iki oyunda qalib gəlməliyik. Bu, təmiz birinci yerə çıxmaq üçün əla imkandır. Portuqaliya ilə oyun çox maraqlı alınacaq. Dünya səviyyəli futbolçulardan qurulmuş komandadır. Azərbaycana qarşı isə oynamışam. Əla komandaları var. Əsl döyüşçüdürlər. Düşünürəm ki, onlarla da oyun heçdə asan keçməyəcək”.

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı oktyabrın 16-da keçiriləcək. .