Komandamız Avropa birinciliyindən 5 medalla döndü
08.10.2012 - 09:59
Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, Azərbaycan milli komandası turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
44,5 kq çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov Gürcüstanı təmsil edən erməni əsilli David Petrosyanı 7:3 hesabı ilə məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçumuz Pərviz Quliyev (52 kq) yalnız həlledici görüşdə uduzaraq, gümüş medala layiq görülüb. Həmyerlimiz finalda irlandiyalı Maykl Nevinə 12:15 hesabı ilə uduzub.
65 kq çəki dərəcəsində yarışan Hacı Dilbazov da vətənə gümüş medalla dönüb. Millimizin üzvü finalda yerli idmançı – Maksim Yemelyanova məğlub olub. Daha iki boksçumuz – Məhəmməd Abdullayev (76+kq) və Malik Həsənov (38,5 kq) isə Avropa birinciliyində 3-cü yerə layiq görülüblər.
Yığmamız ümumkomanda hesabında 4-cü yeri tutub. Rusiya 1-ci, İrlandiya 2-ci, Ukrayna isə 3-cü sırada qərarlaşıb.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0