“Azərbaycan millisi ilə oyunun əhəmiyyətini tam dərk edirəm”
08.10.2012 - 13:03
“Milli komandamızın Portuqaliya və Azərbaycan yığmaları ilə qarşıdakı oyunlarının əhəmiyyətini tam olaraq dərk edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının futbolçusu Aleksandr Kokorin deyib. Son vaxtlar yaxşı formada olan Moskva “Dinamo”sunun hücumçusu rəqibimizin oktyabrın 12-də və 16-da “Lujniki” stadionunda keçiriləcək matçlarda əsas qol ümidlərindən olacaq.
Aleksandrın sözlərinə görə, ilk olaraq qəbul edəcəkləri Portuqaliya ilə matç önəmli olsa da, millimizlə oyuna da yaxşı hazırlaşmalıdırlar: “Bizi seçmə mərhələdə həlledici oyunlardan biri olacaq ki, rəqib Portuqaliyadır. Hamı başa düşür ki, bu, çox güclü yığmadır, ancaq məğlubedilməz rəqiblər yoxdur. “El Klassiko”ya baxdıq, gördüm ki, Kriştianu Ronaldo zədələnib. Görünür ki, Rusiya yığması ilə oyundan öncə yayınmaq istəyib. Əlbəttə, bizim üçün böyük üstünlükdür. Pepeyə gəlincə, o, həqiqətən sərt müdafiəçidir. Ona qarşı oynamaq bizə asan olmayacaq. Belə havada məşq etmək də xoş deyil. Ancaq fikrimcə, Eduard Streltsov adına stadiondakı meydança bizə növbəti oyunlarımıza lazımı şəkildə hazırlaşmağa imkan verəcək”.

0
0