Millimizlə oyuna hazırlıq 30 dəqiqəlik məşqlə başladı
09.10.2012 - 08:50
Rusiya yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan milliləri ilə ev oyunlarına hazırlığa başlayıb. Apasport.az saytının məlumatına görə, Moskvada “Swiss Hotel”də qalan rəqib ilk məşqini Eduard Streltsov adına stadionda keçirib. Bərpa xarakteri daşıyan ilk məşqdə 12 futbolçu iştirak edib. Bunlar Anton Şunin, Aleksey Berezutski, Andrey Yeşenko, Aleksandr Anyukov, İqor Denisov, Dmitri Tarasov, Aleksandr Səmədov, Denis Qluşakov, Maksim Qriqoryev, Diniyar Bilyaletdinov, Vladimir Bıstrov və Alan Dzaqoyev olub.
Məşq cəmi 30 dəqiqə davam edib. Bura qaçış hərəkətləri və topla işləmək daxil olub. İsinmə hərəkətlərindən sonra Denisovla Bıstrov fizioterapevt Massimo Nerinin sərəncamına keçib. Yeganə qapıçı Şunin isə qapıçılarla işləyən Sergey Ovçinnikovla birgə çalışıb. Qalan futbolçular “kvadrat” oynayıb ki, burada topa toxunuş məhdud olub. Yəni ona nəzarət edib, ardından kiçik qapıya vurmaq lazım olub.
Futbolçular gələn il oynayacaqları yeni “Adidas” toplarla məşq ediblər. Kapello futbolçulardan bu topdan nə dərəcədə razı olduqları ilə maraqlanıb. Şunin buna belə cavab verib: “Dərhal qiymət vermək çətindir. Gərək onlarla daha çox qaçasan”.
Məşq bitəndən sonra məşqçilərdən Kapello ilə Ovçinnikov, futbolçulardan Berezutski, Dzaqoyev, Bıstrov azarkeşlərlə şəkil çəkdiriblər. Son vaxtlar “Zenit”in əvəzedici heyətində göndərilən, yığmanın kapitanı olan Denisov isə avtobusa minərək, hətta kənara baxmayıb.
Qeyd edək ki, bu gün yenə həmin stadionda məşqə çıxacaq rusiyalılar hazırlığı Bakı vaxtilə saat 12:00-da başlayacaq və ilk 20 dəqiqəsi mətbuat üçün açıq olacaq.

0
0