Səmədov Ronaldonun oynamamaq variantını dəyərləndirdi
09.10.2012 - 09:14
Səmədov Ronaldonun oynamamaq variantını dəyərləndirdi
Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibləri olan Portuqaliya yığmasına qiymət verib. Apasport.az saytının məlumatına görə, Moskva “Lokomotiv”ində oynayan soydaşımızdan rəqibin kapitanı, lideri olan Kriştianu Ronaldonun “Barselona” ilə derbidəki zədə üzündən yığmada oynamayacağı halda, vəziyyətin necə olacağını soruşublar.

Səmədovun fikrincə, təkcə Ronaldonun yoxluğu ilə iş bitmir: “Rəqibin heyətində digər təhlükəli hücumçular da car. Bu, o cümlədən Nanidir. Fikrimcə, baş məşqçimiz Fabio Kapello Ronaldonun iştirakı, yaxud yoxluğu ilə bağlı oyuna planında dəyişiklər edəcək”.

Qeyd edək ki, Aleksandrın komandası oktyabrın 12-də Portuqaliya, 16-da millimizlə “Lujniki” stadionunda üzləşəcək.